Ümumdünya Antidopinq Agentliyi (WADA) ABŞ-ın qurumun İcraiyyə Komitəsində təmsil olunmayacağını açıqlayıb.
İdman.biz xəbər verir ki, buna səbəb adıçəkilən ölkənin WADA-ya 2024-cü il üçün üzvlük haqqını ödəməməsidir.
“WADA təsdiq edir ki, 31 dekabr 2024-cü il tarixinə qədər Birləşmiş Ştatlardan 2024-cü il üçün ödəmə almayıb. WADA-nın nizamnaməsinin 6.6-cı maddəsinə əsasən, üzvlük haqqını ödəməmiş ölkənin dövlət qurumlarının nümayəndələri Təsisçilər Şurasında və ya İcraiyyə Komitəsində işləmək hüququna malik deyillər. Beləliklə, hər il yanvarın 1-də əvvəlki il üçün illik ödənişi etməmiş ölkənin təmsilçisi Təsisçilər Şurasının və ya İcraiyyə Komitəsinin istənilən üzvü avtomatik olaraq öz yerini itirir”, - deyə "The Guardian" WADA-nın bəyanatının mətnindən sitat gətirir.
Bundan əvvəl Ağ Evin Narkotiklərə Nəzarət üzrə Milli Siyasəti İdarəsinin (ONDCP) direktoru Rahul Qupta çinli üzgüçülərin dopinq qalmaqalı fonunda WADA-dan daha çox şəffaflıq tələb etmişdi, bundan sonra agentlik 2024-cü il üçün ödənişin gecikdirdiyini açıqlamışdı. ABŞ Antidopinq Agentliyi (USADA) hökumətin 3,6 milyon dollar məbləğində ödənişi dayandırmaq qərarını dəstəkləyib.
İdman.biz