"İdmandan qələbə ilə ayrılıb iz qoymaq istəyirəm".
İdman.biz xəbər verir ki, bunu boks üzrə ağır çəkidə IBF, WBA, WBO, IBO versiyaları üzrə keçmiş dünya çempionu britaniyalı Entoni Coşua WBC versiyası üzrə ağır çəkidə boks üzrə keçmiş dünya çempionu həmyerlisi Tayson Fyuri ilə 2025-ci ildə döyüşün mümkünlüyündən danışarkən deyib.
O bildirib ki, idman zalında olanda hamı ondan bu döyüş barədə soruşur: "Qarşıda çox illərim yoxdur. Qələbə ilə karyeramı bitirib, idmanda iz buraxmaq istəyirəm. Hamı mənə eyni sualı verir. Qarşıda duran vəzifəni yerinə yetirməliyəm və ona görə də deyirəm ki, döyüş bu il baş verməlidir. Düşünürəm ki, biz bu döyüşü reallaşdıra bilərik".
Qeyd edək ki, Coşua ötən il sentyabrın 22-də Londondakı "Uembli" stadionunda keçirilən sonuncu döyüşündə Daniel Dyubaya məğlub olub.
İdman.biz