Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, fevralın 3-9-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumtəhsil müəssisələri arasında stolüstü tennis üzrə oğlan və qızlar arasında Abşeron rayon birinciliyi - 4 fevral, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün” layihəsi çərçivəsində minifutbol üzrə məşqçi-müəllim Namiq Quliyev tərəfindən ustad dərsləri – 4 fevral, saat 10:00 (Xızı rayon tam orta məktəbi);
- "İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə məşqçi-müəllim Aybəniz Əsgərzadə tərəfindən ustad dərsləri - 5 fevral, saat 14:30 (Sumqayıt şəhər, Mehdi Hüseynzadə adına şəhər stadionu).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində "Gimnastika hamı üçün" - 8 fevral, saat 12:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Gənclər Gününə həsr olunmuş akrobatika gimnastikası üzrə Bərdə rayon turniri - 6 fevral, saat 16:30 (Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey);
- Şahmat idman növü üzrə orta məktəb şagirdləri arasında Ağdan rayon turniri - 7 fevral, saat 10:00 (Ağdam Olimpiya İdman Kompleksi);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində gənclər arasında voleybol üzrə Xocalı rayon turniri - 7 fevral, saat 14:00 (Xocalı şəhəri, 1 nömrəli tam orta məktəbi).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- 2010-2011-ci il təvəllüdlü məktəblilər arasında həndbol üzrə açıq Ağstafa rayon turniri - 7 fevral, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə kütləvi idman tədbiri - 4 fevral, saat 10:00 (Siyəzən şəhər stadionu);
- Azərbaycan Gənclər Günü münasibətilə yeniyetmə oğlanlar və qızlar arasında dama üzrə Siyəzən rayon birinciliyi – 5-6 fevral, saat 10:00 (Siyəzən Gənclər Evi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə kütləvi idman tədbiri - 7 fevral, saat 11:00 (Şabran şəhər 4 nömrəli tam orta məktəbin açıq tipli idman meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində atletika üzrə kütləvi tədbir - 7 fevral, saat 15:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş U-15 kiçik yaşlı yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə birincilik - 8-9 fevral, saat 11:00 (Şahdağ-Quba İdman Klubu).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Gəncləri Gününə həsr olunmuş oğlan və qızlar arasında atletika üzrə Astara rayon turniri - 5 fevral, saat 10:00 (Astara Dənizkənarı Park Bulvar Kompleksi);
- Gənclər arasında voleybol üzrə Lerik rayon turniri - 6-7 fevral, saat 10:00 (Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü lisey);
- Voleybol üzrə Yardımlı rayon turniri - 7 fevral, saat 11:30 (Yardımlı rayon 4 saylı tam orta məktəb);
- "Sağlam həyat" layihəsi çərçivəsində kütləvi idman tədbiri - 7-8 fevral, saat 10:00 (Masallı şəhər, N.Gəncəvi adına xatirə parkı).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Gəncləri Gününə həsr olunmuş ali və orta ixtisas məktəb tələbələri arasında dama üzrə şəhər turniri - 3 fevral, saat 10:00 (Mingəçevir şəhər Şahmat Məktəbi).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri - 3 fevral, saat 15:00 (Saatlı rayon UGİŞM).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Şəhid Fikrət Mustafayevin xatirəsinə həsr edilmiş şahmat üzrə rayon birinciliyi - 7-12 fevral, saat 15:00 (Salyan rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi);
- U-15 yaşlılar arasında sərbəst güləş üzrə şəhər turniri - 8-9 fevral, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Ali, orta ixtisas və peşə məktəblərinin tələbələri arasında basketbol üzrə şəhər birinciliyi - 3 fevral, saat 10:00 (Şəki Olimpiya İdman Kompleksi);
- Ümumtəhsil məktəbləri arasında basketbol üzrə şəhər turniri - 4 fevral, saat 10:00 (Şəki Olimpiya İdman Kompleksi);
- Yeniyetmə və gənclər arasında cüdo üzrə rayon turniri - 7 fevral, saat 15:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Bələdiyyə və təşkilatlar arasında minifutbol üzrə rayon turniri - 8 fevral, saat 17:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Azərbaycan Gəncləri Gününə həsr edilmiş yeniyetmə və gənclər arasında cüdo üzrə rayon birinciliyi - 8-9 fevral, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi).
İdman.biz