Fərid Qayıbov Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

Xəbərlər
4 Fevral 2025 19:02
52
Fərid Qayıbov Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

Fevralın 4-də gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Tamaş Yojef Tormanı qəbul edib.

İdman.biz xəbər verir ki, görüş zamanı gənclər sahəsində mübadilə imkanları və idman sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Macarıstan Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə birinci baş katibi Monika Felföldi də iştirak ediblər.

İdman.biz