NADA-dan AMADA-ya dəstək

Xəbərlər
5 Fevral 2025 14:17
27
NADA-dan AMADA-ya dəstək

Almaniyanın Milli Antidopinq Agentliyi (NADA) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi arasında Bonn şəhərində fikir mübadiləsi məqsədilə görüş keçirilib.

AMADA-dan İdman.biz-ə verilən məlumata görə, görüşdə strategiyalar, təhqiqat və araşdırmalar sahəsində ən yaxşı təcrübələrin mübadiləsi haqqında müzakirələr aparılıb.

NADA AMADA-nın təhqiqat və araşdırmalar sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsinə fəal dəstək göstərir.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) “WADA Partner Proqramı” çərçivəsində ötən il “NADA Almaniya” və AMADA tərəfdaşlığa başlayıb. Bu proqramın məqsədi dünyada antidopinq sahəsində vahid standartların təşviq edilməsidir.

İdman.biz