Regionda ilk: 8-ci dan kəmər sahibi Bakıya gəlir

Xəbərlər
19 Fevral 2025 16:05
74
Regionda ilk: 8-ci dan kəmər sahibi Bakıya gəlir

Bakıda kendo döyüş növü üzrə seminar keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbir Yaponiyanın Azərbaycandakı Səfirliyi, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Seminar Yaponiyadan gələcək 8-ci dan kendo mütəxəssisi Masanori Yasue tərəfindən təqdim olunacaq. Fevralın 22-də Su İdmanı Sarayında keçiriləcək tədbir 11:00-da başlayacaq.

Qeyd edək ki, bu, 8-ci dan kendo müəlliminin nəinki Azərbaycana, eyni regiona ilk gəlişidir.

İdman.biz