İtaliyanın Genuya şəhərində Avropa İdman Paytaxtları Konqresi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri “Bakı 2026 - Dünya İdman Paytaxtı” mükafatının laureatı qismində iştirak ediblər.
“İdman Paytaxtı” mükafatına layiq görülmüş şəhərlərin nümayəndələrini bir araya gətirən konqresdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin Regionlarla iş sektorunun müdiri Elvin Zeynallı çıxış edərək Bakıda fəaliyyət göstərən idman qurğuları haqqında məlumat verib, 2026-cı ildə ölkəmizdə təşkil olunacaq layihələr haqqında danışıb. O, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək baxımından böyük təcrübəsinin olduğunu qeyd edib.
İdman.biz