Dünyanın ən çox qazanan 5 idmançısı - Kriştiano ilk pillədə

Xəbərlər
25 Fevral 2025 00:43
31
Dünyanın ən çox qazanan 5 idmançısı - Kriştiano ilk pillədə

2024-cü ilin ən çox qazanan idmançıları açıqlanıb.

İdman.biz xəbər verir ki, "SkySport"un siyahısında ilk pilləni Kriştiano Ronaldonu tutub.

"Əl-Nəsr"də çıxış edən portuqaliyalı ulduzun ötən ildə 260 milyon dollar qazandığı açıqlanıb. İkinci pillədə amerikalı basketbolçu Stefen Karri yer alıb. "Qolden Steyt"in üzvünün gəliri 153,8 milyon dollar olub. Boksçu Tayson Fyuri 147 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Argentinalı futbolçu Lionel Messi (135 milyon) 4-cü, amerikalı basketbolçu Lebron Ceyms (133,2 milyon) 5-ci yerləri tutublar.

İdman.biz