Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
25 Fevral 2025 10:57
96
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, fevralın 24-dən martın 2-dək müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Paralimpiya üzrə beynəlxalq turnir – 15-25 fevral (İspaniya, Viktoriya);
🔹 Qılıncoynatma (sablya və şpaqa) üzrə Avropa birinciliyi – 20 fevral-3 mart (Türkiyə, Antalya);
🔹 Boks üzrə "Strandja" beynəlxalq turniri – 22 fevral-3 mart (Bolqarıstan. Sofiya);
🔹 WKF üzrə gənclərin liqa turniri – 22-25 fevral (BƏƏ, Fujeyra);
🔹 Badminton üzrə "Uganda Junior International 2025" – 24-26 fevral (Uqanda, Kampala);
🔹 Badminton üzrə "YONEX German Open 2025" – 25 fevral-2 mart (Almaniya, Mulhaym);
🔹 Badminton üzrə "YONEX Dutch Junior International 2025" – 26 fevral-2 mart (Niderland, Harlem);
🔹 Sərbəst güləş üzrə reytinq xarakterli beynəlxalq turnir – 26 fevral-2 mart (Albaniya, Tirana);
🔹 Üzgüçülük üzrə "7 th Latvian Junior and Youth swimming championship" – 26 fevral-2 mart (Latviya, Riqa);
🔹 Qış idman növləri (fiqurlu konkisürmə) üzrə İSU yeniyetmələrin dünya çempionatı – 26 fevral-3 mart (Tayvan, Taipei);
🔹 Dressaj üzrə "МАХİМА MASTERS" komandası, 3-cü mərhələ - 27 fevral-2 mart (Rusiya, Moskva);
🔹 Atletika üzrə "Madrid 2025" - Dünya Turu (qapalı məkanda), qızıl səviyyə – 28 fevral (İspaniya, Madrid);
🔹 Cüdo üzrə kişilər və qadınlar arasında Böyük Dəbilqə turniri (gənc oğlanlar və qızlar) – 28 fevral -2 mart (Özbəkistan, Daşkənd);
🔹 Cüdo üzrə gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 1-2 mart (İspaniya, Malaqa);
🔹 Velosiped üzrə "Visit South Aegeon Islands" Beynəlxalq velosiped yarışı (Elit/U23) (UCI 2.2) – 1-2 mart (Yunanıstan);
🔹 Güllə atıcılığı üzrə Avropa çempionatı (U-21, 10 m) – 1-7 mart (Xorvatiya, Osijek).

İdman.biz

Məqalədə: