Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
25 Fevral 2025 12:12
57
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, fevralın 24-dən martın 2-dək müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Xocalı soyqırımına həsr olunmuş güllə atıcılığı (pnevmatik silah) üzrə ali, orta ixtisas, peşə təhsil müəssisələri və gənclər təşkilatları arasında Sumqayıt şəhər çempionatı – 25 fevral, saat 10:00 (Sumqayıt Paralimpiya İdman Kompleksi);
- Xocalı soyqırımına həsr olunmuş güllə atıcılığı (pnevmatik tüfəng) üzrə idarə, müəssisə və təşkilatlar arasında Xızı rayon çempionatı - 25 fevral, saat 10:00 (Xızı şəhər, Heydər Əliyev Mərkəzi);
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş minifutbol üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon kuboku - 25 fevral – 1 mart, saat 10:00 (Abşeron rayon, Xırdalan şəhəri, 3 nömrəli tam orta məktəb).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Əməkdar məşqçi Şəmsi Səfərlinin rəhbərliyi ilə ağırlıqqaldırma üzrə ustad dərsi - 25 fevral, saat 15:00 (Qobustan UGİM);
- Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbli qızlar arasında voleybol üzrə Ağsu rayon turniri - 28 fevral, saat 10:00 (Ağsu şəhər A.Nadirov adına 1 nömrəli məktəb-lisey);
- Ciu-citsu üzrə Azərbaycan çempionatı – 1 mart (Qobustan rayonu);
- Uşaq və yeniyetmələr arasında cüdo üzrə İsmayıllı rayon turniri – 1 mart, saat 11:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ağırlıqqaldırma üzrə Goranboy rayon turniri - 1 mart, saat 9:30 (Goranboy rayonu Nərimanlı kəndi).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Alpaqut türk döyüş sənəti üzrə uşaq, yeniyetmə və gənclər arasında Ağdam rayon birinciliyi - 1 mart, saat 10:00 (Ağdam Olimpiya İdman Kompleksi).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında rayon turniri - 27 fevral, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə 2010-2011, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında rayon turniri – 1 mart, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş 8, 10, 12 və 14 yaşlı yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə Şabran rayon birinciliyi - 20-25 fevral, saat 15:00 (Şabran rayon Ağsaqqallar Evi);
- Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş məktəblilər arasında voleybol üzrə Quba rayon birinciliyi - 25 fevral, saat 11:00 (Quba rayon Alekseyevka kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar - 26 fevral, saat 14:30 (Xaçmaz UGİŞM-in idman zalı).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında həndbol üzrə Yardımlı rayon turniri - 24 fevral, saat 11:00 (Yardımlı rayon Çayüzü kənd tam orta məktəbi);
- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş qızlar arasında basketbol üzrə Lənkəran rayon turniri - 24-25 fevral, saat 13:00 (Lənkəran şəhər 7 saylı tam orta məktəb);
- Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş Masallı rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında voleybol üzrə Masallı rayon turniri - 24-25 fevral, saat 15:00 (Masallı Olimpiya İdman Kompleksi);
- "Sağlam həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 25 fevral, saat 11:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);
- Yeniyetmə oğlanlar arasında basketbol üzrə Lənkəran rayon birinciliyi - 27-28 fevral, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş taekvondo üzrə Cəlilabad UGİM-in turniri - 27-28 fevral, saat 10:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Ümumtəhsil məktəblərinin IX-XI sinifdə oxuyan qızlardan ibarət komandaları arasında 3x3 basketbol turniri - 27-28 fevral, saat 10:00 (Lerik şəhər inteqrasiya təlimli, internat tipli gimnaziya);
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə gənclər arasında yunan-Roma güləşi üzrə Cəlilabad rayon UGİM turniri - 28 fevral - 1 mart, saat 11:00 (Cəlilabad şəhər Mərkəzi Stadionun güləş zalı).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Xocalı soyqırımına həsr olunmuş taekvondo üzrə yeniyetmələr arasında Saatlı rayon turniri - 26 fevral, saat 15:00 ("Araz-Şöhrət" idman klubu);
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş basketbol üzrə məktəblilər arasında İmişli rayon turniri - 1-5 mart, saat 14-00 (İmişli şəhər 7 saylı tam orta məktəb);
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə Beyləqan rayon turniri - 2 mart, saat 10:00 (Beyləqan Olimpiya İdman Kompleksi).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında futzal üzrə U-12 və U-13 futbolçular arasında rayon turniri - 1 mart, saat 9:00 (Yevlax şəhər Karvan stadionu);
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kikboksinq üzrə rayon turniri - 1 mart, saat 10:00 (Göyçay Kikboksinq Klubu).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Kadetlər üzrə zona birinciliyi – 24 fevral-2 mart (Şəki rayonu);
- Gənclər arasında stolüstü tennis üzrə rayon birinciliyi - 27 fevral, saat 15:00 (Oğuz şəhər 3 saylı məktəb-lisey);
- Yeniyetmələr arasında bədii gimnastika üzrə rayon birinciliyi - 27 fevral, saat 17:00 (Zaqatala rayon Heydər Əliyev Mərkəzi);
- Bədən Tərbiyyəsi və İdman Gününə həsr edilmiş yeniyetmə və gənclər arasında boks üzrə şəhər birinciliyi - 28 fevral, saat 10:00 (Şəki şəhər stadionu);
- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi - 1 mart, saat 10:00 (Qəbələ şəhər 1 saylı tam orta məktəb).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Xocalı soyqrırımı qurbanlarının xatirəsinə həsr edilmiş ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri arasında (10 metr məsafəyə pnevmatik silahdan atəş) rayon turniri - 25 fevral, saat 11:00 (Neftçala rayonu Heydər Əliyev Mərkəzinin atıcılıq zalı);
- Beynəlxalq Qadınlar Günü münasibətilə 2008-2010-cu il təvəllüdlü məktəbli qızlar arasında voleybol üzrə rayon turniri - 26 fevral- 7 mart, saat 10:00-da (Biləsuvar şəhər Milli Qəhrəman Mübariz İbrahimov adına məktəb-liseyin idman kompleksi);
- Ümumtəhsil məktəblərinin 15-16 yaşlı oğlanlarından ibarət komandaları arasında voleybol üzrə rayon birinciliyi - 27-28 fevral, saat 12:00 (Hacıqabul şəhər 5 nömrəli tam orta məktəb);
- “İdman həftəsi” çərçivəsində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kikboksinq üzrə kadetlər və yeniyetmələr arasında rayon birinciliyi - 2-3 mart, saat 10:00 (Salyan Kikboksinq İdman Klubu).

İdman.biz

Məqalədə: