Avropa Olimpiya Komitəsi seçkilərə hazırlaşır

Xəbərlər
26 Fevral 2025 15:41
106
Avropa Olimpiya Komitəsi seçkilərə hazırlaşır

Fevralın 28-də Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Komitəsinin (EOC) 54-cü Baş Assambleyası öz işinə başlayacaq.

İdman.biz xəbər verir ki, martın 1-dək davam edəcək tədbir seçki xarakteri daşıyacaq.

EOC Baş Assambleyası quruma prezident, vitse-prezident, baş katib, xəzinədar və yeni EOC İcraiyyə Komitəsini seçəcək. Təşkilatın hazırkı rəhbəri Spiros Kapralos EOC prezidenti vəzifəsinə yeganə namizəddir.

Eyni zamanda, Baş Assambleyadan əvvəl İcraiyyə Komitəsinin fevralın 27-də baş tutacaq iclası keçiriləcək.

İdman.biz