Avropa Oyunlarının İstanbulda keçirilməsi ilə bağlı sənəd imzalanıb

Xəbərlər
1 Mart 2025 17:03
100
Avropa Oyunlarının İstanbulda keçirilməsi ilə bağlı sənəd imzalanıb

Avropa Olimpiya Komitələri (EOC), İstanbul Böyükşəhər Bələdiyyəsi və Türkiyə Milli Olimpiya Komitəsi 2027-ci il Avropa Oyunlarının İstanbulda keçiriləcəyi ilə bağlı sənəd imzalayıblar.

İdman.biz xəbər verir ki, anlaşmanın Frankfurtda keçirilən EOC 54-cü Baş Assambleyası zamanı imzalanması Avropanın əsas multiidman yarışının iki ildən sonra Türkiyədə keçiriləcəyinin rəsmi təsdiqidir.

IV Avropa Oyunlarının tam idman proqramı isə bu ilin sonunda təsdiqlənəcək.

İmzalanma mərasimində EOC prezidenti Spiros Kapralos, İstanbul meri Ekrem İmamoğlu və Türkiyə MOK prezidenti Uğur Erdener iştirak ediblər.

Kapralos növbəti Avropa oyunlarının uğurla keçəcəyinə əminliyini ifadə edib: "Biz birlikdə Avropa Oyunlarını yeni zirvələrə qaldıracağıq və əminəm ki, İstanbul-2027 idmançıları və tamaşaçıları birləşdirəcək, həqiqətən dünya səviyyəli tədbir olacaq".

İdman.biz