Avropa Olimpiya Komitələri (EOC) qarşıdakı illər üçün qitənin multiidman yarışlarının keçiriləcəyi yerləri müəyyənləşdirib.
İdman.biz xəbər verir ki, 2029-cu ildə Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) ev sahibliyi etmək Belçikanın Flandriya bölgəsinə həvalə olunub.
2031-ci ildə analoji tədbir Latviyanın Liepaya şəhərində təşkil ediləcək.
Eyni zamanda, martın 6-da yeni seçilmiş EOC İcraiyyə Komitəsinin iclası olacaq və orada 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunlarına hazırlıq müzakirə ediləcək.
EOC-un növbəti Baş Assambleyası isə 2026-cı ilin oktyabrında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
İdman.biz