“İdman həftəsi” çərçivəsində “Açıq idman günü” - FOTO

Xəbərlər
5 Mart 2025 22:13
50
“İdman həftəsi” çərçivəsində “Açıq idman günü” - FOTO

“İdman həftəsi” çərçivəsində martın 5-də Gənclər və İdman Nazirliyi tərəfindən “Açıq idman günü” layihəsi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir nazirliyin qarşısında xüsusi idman zonasında baş tutub.

Azərbaycan İdman Akademiyasının tələbələri və nazirliyin əməkdaşları gün ərzində stolüstü tennis, basketbol, turnik, ağırlıqqaldırma və digər idman növləri üzrə qüvvələrini sınayıblar.

İdman.biz