Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Alpinizm Federasiyasının (AAF) dəstəyi ilə “İdman həftəsi” çərçivəsində 4 uşaq evinin iştirakı ilə idman dırmanması yarışı keçirilib.
İdman.biz xəbər verir ki, AAF-nin idman dırmanma zalında keçirilən yarışı federasiyanın idmançılarından ibarət hakimlər qrupu idarə edib.
Əyləncəli idman dırmanması yarışında oğlanlar arasında I yeri 2 saylı uşaq evi (Bakı), II yeri 1 saylı uşaq evi (Bakı), III yeri Gəncə şəhər uşaq evi tutub.
Qızlar arasında isə I yerin qalibi 1 saylı uşaq evi (Bakı), II yerin qalibi 2 saylı uşaq evi (Bakı), III yerin qalibi Gəncə şəhər uşaq evi olub.
Yarışın sonunda qaliblər mükafatlandırılıb.
İdman.biz