Vüqar Behbudov Xüsusi Olimpiya Komitəsinin yeni sədri seçilib

Xəbərlər
7 Mart 2025 12:22
116
Vüqar Behbudov Xüsusi Olimpiya Komitəsinin yeni sədri seçilib

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçirilib.

İdman.biz xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov səsvermə əsasında Komitənin yeni sədri seçilib.

Xüsusi Olimpiya Hərəkatı əqli imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan insanlara atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır.

İdman.biz