Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
10 Mart 2025 17:32
47
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, martın 10-16-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ümumtəhsil müəssisələri arasında oğlanlar arasında voleybol üzrə Abşeron rayon kuboku – 12-14 mart, saat 10:00 (Xırdalan şəhər, 3 nömrəli tam orta məktəb);
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ümumtəhsil müəssisələri arasında atletika üzrə oğlanlar və qızlar arasında Xızı rayon birinciliyi – 13 mart, saat 10:00 (Xızı şəhər tam orta məktəbi);
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş 2015-2016-cı il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə Sumqayıt şəhər kuboku – 13-16 mart, saat 10:00 (Sumqayıt şəhər, "Kapitalbank" Arena);
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş 2009-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında velosiped üzrə Sumqayıt şəhər birinciliyi – 15 mart, saat 10:00 (Sumqayıt şəhər, Mehdi Hüseynzadə adına stadion);
- Novruz bayramına həsr olunmuş güləş üzrə Sumqayıt şəhər çempionatı – 16 mart, saat 10:00 (Sumqayıt şəhər, "Alüminumçu" İdman Evi);
- Novruz bayramına həsr olunmuş 2014-2016-cı il təvəllüdlü oğlan və qızlar arasında üzgüçülük üzrə Abşeron rayon rayon birinciliyi – 16 mart, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Novruz bayramı münasibətilə yeniyetmələr arasında minifutbol üzrə Qobustan rayon turniri – 10-13 mart, saat 15:00 (Qobustan İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" tədbiri – 12 mart, saat 11:00 (İsmayıllı rayon Lahıc qəsəbəsi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində məktəbli yeniyetmələr arasında basketbol üzrə kütləvi idman tədbiri – 14 mart, saat 15:00 (Şamaxı rayon Göylər kənd 2 saylı tam orta məktəbi);
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş həvəskarlar arasında futbol üzrə "Bahar kuboku" – 15-29 mart, saat 12:00 (Ağsu rayon N.Vahidov adına Çiyni kənd stadionu).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Novruz bayramına həsr olunmuş atletika üzrə Goranboy rayon turniri - 14 mart, saat 14:30 (Goranboy Olimpiya İdman Kompleksi);
- Savat üzrə açıq turnir – 15-16 mart (Göygöl rayonu).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Məktəblilər arasında futbol üzrə rayon turniri – 13-14 mart, saat 14:00 (Füzuli rayonu Balabəhmənli kəndi);
- Üzgüçülük üzrə rayon turniri - 14 mart, saat 14:00 (Goranboy Olimpiya İdman Kompleksi).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Həvəskarlar arasında nərd üzrə rayon turniri - 11 mart, saat 10:00 (Ağstafa şəhər Yazıçılar Evi);
- Yeniyetmələr arasında atletika üzrə rayon turniri - 12 mart, saat 11:00 (Qazax Olimpiya İdman Kompleksi);
- 2010-2011-ci il təvəllüdlü məktəbli qızlar arasında voleybol üzrə rayon turniri - 14 mart, saat 10:00 (Ağstafa rayon Vurğun Qəsəbə tam orta məktəbi);
- Futbol üzrə uşaq və yeniyetmələr arasında Şəmkir UGİM-in daxili birinciliyi - 15 mart, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- 2010-2011-ci il təvəllüdlü qızlar arasında voleybol üzrə rayon turniri - 15 mart, saat 11:00 (Tovuz şəhər A.Qasımov adına tam orta məktəb);
- Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Hüseyn Məhərrəmovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi - 15-16 mart, saat 10:00 (Gədəbəy Respublika İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Xizək alpinizmi üzrə ISMF Şahdağ Seriya yarışı – 9-10 mart (Qusar rayonu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri – 12 mart, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- Novruz bayramı münasibətilə 2011-2012 və 2013-2014-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında atletika üzrə Siyəzən rayon birinciliyi - 13 mart, saat 10:00 (Siyəzən şəhər stadionu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində gimnastika üzrə nümunəvi çıxışlar - 14 mart, saat 10:00 (Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Novruz bayramına həsr olunmuş kütləvi idman tədbiri - 14 mart, saat 11:30 (Yardımlı Olimpiya İdman Kompleksi);
- Milli idman oyunları üzrə kütləvi açıq idman tədbiri - 14 mart, saat 10:00 (Lənkəran şəhər Mədəniyyət Mərkəzi);
- Novruz bayramına həsr olunmuş kəndirlə mübarizə üzrə turnir - 14-15 mart, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Novruz bayramına həsr olunmuş boks üzrə Cəlilabad rayon UGİM-in turniri - 14-15 mart, saat 11:00 (Cəlilabad şəhər Boks zalı).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Novruz bayramı münasibətilə şahmat üzrə rayon turniri - 10-14 mart, saat 15:00 (Zərdab rayonu, Şahmat Dama klubu).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- “İdman Festivalı” - 11 mart, saat 11:00 (Saatlı şəhər Heydər Əliyev Meydanı).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Gənclər arasında qol güləşi üzrə rayon birinciliyi - 11 mart, saat 10:00 (Zaqatala rayon Qol güləşi və fitnes zalı);
- Yeniyetmələr arasında 3x3 basketbol üzrə rayon birinciliyi - 14-15 mart, saat 10:00 (Oğuz rayon 3 saylı məktəb lisey).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Orta ümumtəhsil məktəblərin 15-16 yaşlı oğlanları arasında stolüstü tennis üzrə şəhər birinciliyi – 14 mart, saat 12:00 (Hacıqabul şəhər 5 nömrəli tam orta məktəb);
- Yeniyetmələr arasında boks üzrə şəhər turniri – 15-16 mart, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi).

İdman.biz

Məqalədə: