Ciu-citsu üzrə Respublika Çempionatı və Assosiyasiya kuboku keçirilib - FOTO

Xəbərlər
10 Mart 2025 17:16
63
Ciu-citsu üzrə Respublika Çempionatı və Assosiyasiya kuboku keçirilib - FOTO

Qobustan Olimpiya İdman Kompleksində Ciu-citsu üzrə Respublika çempionatı və Assosiyasiya kuboku keçirilib.

İdman.biz xəbər verir ki, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə Ciu-citsunun Nevaza növü üzrə təşkil olunan yarışda 200-ə yaxın idmançı qüvvəsini sınayıb.

Beynəlxalq Ciu-citsu Federasiyası tərəfindən təyin olunan çəki dərəcələri və bütün yaş qrupları üzrə baş tutan mübarizədə ilk 3 yeri tutan idmançılar fəxri kürsüyə yüksəliblər.

Qaliblərə müvafiq olaraq, qızıl, gümüş, bürünc medallar həmçinin diplomlar və hədiyyələr təqdim olunub. Nəticələrə əsasən, ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək milli komandanın tərkibi formalaşdırılıb.

Qeyd edək ki, yarışın bu dəfə paytaxtdan kənarda keçirilməsinin məqsədi regionlarda idmanın inkişafına və sağlam ruhlu gənclərin yetişməsini təmin etməkdir.

İdman.biz