“Sağlam həyat” Mərdəkanda - FOTO

Xəbərlər
14 Mart 2025 15:25
26
“Sağlam həyat” Mərdəkanda - FOTO

“Sağlam həyat” avtomobili Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev parkında olub.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən layihəyə ümumilikdə 100-dək iştirakçı qoşularaq müxtəlif idman növlərində qüvvələrini sınayıblar.

Sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə təşkil olunan tədbirin sonunda normativləri düzgün yerinə yetirən iştirakçılara sertifikat təqdim olunub.

İdman.biz

Məqalədə: