Dövlət qurumları arasında nərd yarışı - FOTO

Xəbərlər
15 Mart 2025 09:05
29
Dövlət qurumları arasında nərd yarışı - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə 54 əməkdaş (39 kişi və 15 qadın) iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, qadınlar arasında Sevda Əzizova (SOCAR) yarışın qalibi olub. Gülnarə Kərimova (Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi) ikinci, Pərvanə Babayeva (“Azərbaycan Dəmir Yolları” QSC) isə üçüncü pillədə yer alıblar.

Kişilər arasında isə Rövşən Aslanov (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) birinci olub. Azay Bağırov ("Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC) ikinci, Fərid Kərimov (Nazirlər Kabineti) isə üçüncü yeri tutublar.

İdman.biz