Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
17 Mart 2025 14:38
36
Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, martın 17-23-də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

🔹Futbol üzrə 2024/25 UEFA qadınlar U-17 Avropa çempionatının II mərhələsi çərçivəsində mini-turnir (Azərbaycan, Lyuksemburq, Malta, Bolqarıstan) – 12-18 mart (ASCO arena, Binə stadionu);

🔹 Novruz bayramına həsr olunmuş Xətai rayon məktəbliləri (qızlar) arasında 3x3 basketbol üzrə turnir - 17 mart, saat 10:00 (269 nömrəli tam orta məktəb);

🔹 Tennis üzrə 8-10, 11-12 yaş qrupu üzrə Bakı şəhər birinciliyi - 17-19 mart, saat 11:00 (Bakı Tennis Akademiyası);

🔹 Novruz bayramına həsr olunmuş oğlanlar arasında 3x3 basketbol üzrə Binəqədi rayon turniri - 18 mart, saat 10:00 (248 nömrəli tam orta məktəb);

🔹 Novruz bayramına həsr olunmuş 2009-2012-ci il təvəllüdlü qızlardan ibarət orta ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə Nərimanov rayon turniri - 18 mart, saat 10:00 (193 nömrəli məktəbin idman zalı);

🔹 Dövlət qurumlarının əməkdaşları arasında kəndirlə mübarizə yarışı – 18 mart (Bakı);

🔹 Atçılıq üzrə Peşəkar Çövkən Liqası (II-ci tur) – 18-19 mart (Bakı).

İdman.biz

Məqalədə: