Siyavuş Novruzov idman edəndə xəsarət alıb

Xəbərlər
20 Mart 2025 16:56
68
Siyavuş Novruzov idman edəndə xəsarət alıb

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.

İdman.biz Manset.az-a istinadən xəbər verir ki, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.

Siyavuş Novruzov idman edən zaman diz nahiyyəsini zədələyib.

O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.

Siyavuş Novruzov bu barədə məlumatı təsdiq edib.

İdman.biz