Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
24 Mart 2025 13:10
36
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, martın 24-30-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş futbol üzrə həvəskarlar arasında Bahar Kubokunun qrup, yarımfinal və final mərhələsi oyunları – 24-29 mart, saat 11:30 (Ağsu rayon N.Vahidov adına Çiyni kənd stadionu).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- MMA üzrə Gəncə şəhər birinciliyi və çempionatı - 30 mart, saat 11:00 (Gəncə İdman Liseyi).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- 2008-2009, 2010-2011 və 2012-2014-cü il təvəllüdlü oğlan və qızlar arasında kikboksinq üzrə rayon turniri - 26-27 mart, saat 10:00 (Bərdə rayonu, "Prins" İdman Klubu).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Həndbol üzrə yeniyetmələr arasında zona birinciliyi - 25 mart, saat 10:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Boks üzrə kadetlər arasında zona birinciliyi - 25-30 mart, saat 12:00 (Lənkəran Olimpiya İdman Kompleksi).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında minifutbol üzrə rayon birinciliyi - 28-29 mart, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi).

İdman.biz

Məqalədə: