Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, martın 24-30-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
- Şahmat üzrə kişilər arasında Avropa çempionatı – 14-27 mart (Rumıniya, Eforia Nord);
- Fiqurlu konkisürmə üzrə İSU dünya çempionatı – 18-24 mart (Kanada, Montreal);
- Paradağ üzrə Dünya Kuboku – 18-25 mart (İsveçrə, Veysonnaz);
- Cüdo üzrə gənc oğlanlar və qızlar arasında beynəlxalq turnir – 21-24 mart (Almaniya, Turingiya);
- Batut gimnastikası üzrə beynəlxalq turnir – 22-24 mart (Belarus, Vitebsk);
- Sambo üzrə kişilər arasında beynəlxalq yarış, sambo təsisçilərinə həsr olunmuş kubok – 23-26 mart (Rusiya, Moskva);
- Boccia üzrə gənclər arasında dünya çempionatı – 23-30 mart (Braziliya, Kuritiba);
- Paradağ xizəyi üzrə Beynəlxalq turnir – 25-31 mart (Avstriya, Donnersbaxvald);
- Cüdo üzrə Böyük Dəbilqə – 26-30 mart (Türkiyə, Antalya);
- Paradağ xizəyi üzrə beynəlxalq turnir – 26-31 mart (İtaliya, Pila);
- Bədii gimnastika üzrə beynəlxalq turnir – 27-30 mart (Bolqarıstan, Sofiya);
- Kapoeyra üzrə “BİMBA OPEN” beynəlxalq turniri – 27 mart-2 aprel (Almaniya);
- Şose üzrə "Ncup E3 Saxo Classic " beynəlxalq velosiped yarışı (Junior) (UWT) – 28 mart (Belçika);
- Qılıncoynatma (sablya) üzrə qadınlar arasında Dünya Kuboku – 28-30 mart (Qahirə, Misir);
- Triatlon üzrə Avropa Kuboku – 29-30 mart (Portuqaliya, Quarteria);
- Bilyard üzrə Avropa çempionatı (EPBF / Predator European Championships M-W-U23& Wheelchair Athletes 8,9, 14.1, 10, komanda yarışı) – 29 mart - 8 aprel (Estoniya, Tallin);
- Qılıncoynatma (sablya) üzrə oğlanlar arasında sirkuit U23 – 30-31 mart (Bolqarıstan, Plovdiv);
- Şahmat üzrə qadınlar arasında Avropa çempionatı – 30 mart - 12 aprel (Rodos, Yunanıstan).
İdman.biz