Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.
İdman.biz Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21 radələrində qeydə alınıb.
27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb. O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.
Orxan Hacıyev 2020-ci ildə Şamaxıda Amilin qardaşı, sərbəst güləş üzrə yeniyetmələr arasında 50 kq çəki dərəcəsində Avropa çempionu olmuş Ruslan Surxayevin qətlində təqsirləndirilib. “Grapplin və MMA” döyüş növü üzrə fərdi müəllim kimi fəaliyyət göstərən Orxan “Ruslan Şamaxılı” kimi tanınan Ruslan Surxayevi öldürdüyünə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Orxan Hacıyevin fotosu
Surxay Haxıyevin fotosu
Bu hökmdən prokurorluq apelyasiya protesti və O. Hacıyev apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salıb. İstintaq və məhkəmə dövründə O. Hacıyev bu cəzası çəkdiyindən məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Orxan Hacıyev isə “Grapplin və MMA” döyüş növü üzrə fərdi müəllim kimi fəaliyyət göstərib.
İdman.biz