Azərbaycan Bodibildinq və Fitnes Federasiyası ölkə kubokunun keçirilmə tarixini təsdiqləyib.
İdman.biz xəbər verir ki, yarış aprelin 27-də "Elektra Event Hall" təşkil ediləcək.
İdmançılar klassik bodibildinq, "Men’s Physique" (çimərlik bodibildinqi) və digər növlərdə mübarizə aparacaqlar.
Azərbaycan kuboku aprelin 30-da İspaniyanın Santa Susanna şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində keçiriləcək. Ölkədaxili yarışdan sonra bodibildinq yığması qitə yarışına yollanacaq.
İdman.biz