Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 31 mart - 6 aprel tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ümumtəhsil müəssisələri (oğlanlar) arasında voleybol üzrə Xızı rayon kuboku - 4 aprel, saat 10:00 (Xızı şəhər tam orta məktəbi);
- İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününə həsr olunmuş U-17 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Sumqayıt şəhər birinciliyi - 4 aprel, saat 18:00 (Sumqayıt şəhəri, "Alüminumçu" İdman Evi);
- Şahmat məsələlərinin həlli üzrə ölkə çempionatı – 5-6 aprel (Sumqayıt şəhəri);
- Ümumdünya Stolüstü Tennis Gününə həsr olunmuş 2013-cü il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis üzrə Sumqayıt şəhər birinciliyi – 5-6 aprel, saat 15:00 (Sumqayıt şəhər, "Qarabağ NN" stolüstü tennis bazası).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə İsmayıllı rayon birinciliyi – 3-4 aprel, saat 11:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol üzrə Ağsu rayon turniri – 4 aprel, saat 10:00 (Ağsu şəhər 4 nömrəli tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində voleybol üzrə kütləvi idman tədbiri - 4 aprel, saat 15:00 (Şamaxı rayon Şərədil kənd tam orta məktəbi);
- Sərbəst güləş üzrə 2008-2010 və 2011-2013-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Qobustan rayon turniri - 5 aprel, saat 15:00 (UGİM-in idman zalı).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş gənc oğlanlar arasında 100 metr məsafəyə qaçış üzrə şəxsi birincilik - 1 aprel, saat 14:00 (Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi);
- Aprel döyüşlərinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi – 3-4 aprel, saat 14:00 (Füzuli rayonu Qayıdış 11 qəsəbəsi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 4 aprel, saat 15:00 (Siyəzən şəhər stadionu).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə rayon turniri - 3 aprel, saat 11:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Ümumdünya Stolüstü Tennis Günü ilə əlaqədar uşaqlar arasında stolüstü tennis üzrə Masallı rayon turniri - 3 aprel, saat 15:00 (Masallı rayonu, Masallı stolüstü tennis filialı);
- Ümumtəhsil məktəblərinin IX-XI sinifində oxuyan qızlardan ibarət komandaları arasında həndbol turniri - 3-4 aprel, saat 10:00 (Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın idman zalı);
- Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə məktəblilər arasında rayon turniri - 3-5 aprel, saat 11:00 (Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin idman zalı);
- Atletika üzrə rayon turniri - 4 aprel, saat 11:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Ümumdünya Stolüstü Tennis Günü ilə əlaqədar ümumtəhsil orta məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə Yardımlı rayon turniri - 4 aprel, saat 10:30 (Yardımlı rayon Çayüzü kənd tam orta məktəbi);
- Ümumdünya Stolüstü Tennis Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında stolüstü tennis üzrə Lənkəran rayon turniri - 5-6 aprel, saat 10:00 (Lənkəran şəhər Dosaland əyləncə mərkəzi);
- Ümumdünya Sağlamlıq Günü münasibətilə "Sağlam həyat" günləri çərçivəsində kütləvi açıq idman tədbiri - 5-7 aprel, saat 10:00 (Lənkəran şəhər “Sağlam məhəllə” idman zonası).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş orta ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında atletika üzrə turnir - 2 aprel, saat 10:00 (Salyan Olimpiya İdman Kompleksi);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində orta ümumtəhsil məktəbləri arasında minifutbol üzrə turnir - 3-10 aprel, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- Orta ümumtəhsil məktəblərinin 14-16 yaşlı oğlanlardan ibarət komandaları arasında həndbol üzrə şəhər birinciliyi - 6-7 aprel, saat 12:00 (Hacıqabul şəhər 5 nömrəli tam orta məktəb).
İdman.biz