Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 31 mart - 6 aprel tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Paradağ xizəyi üzrə beynəlxalq turnir – 25-31 mart (Avstriya, Donnersbaxvald);
🔹 Paradağ xizəyi üzrə beynəlxalq turnir – 26-31 mart (İtaliya, Pila);
🔹 Kapoeyra üzrə “BİMBA OPEN” beynəlxalq turnir – 27 mart - 2 aprel (Almaniya);
🔹 Bilyard üzrə Avropa çempionatı EPBF / Predator European Championships M-W-U23& Wheelchair Athletes 8,9, 14.1, 10, komanda yarışı – 29 mart - 8 aprel (Estoniya, Tallin);
🔹 Qılıncoynatma (sablya) üzrə oğlanlar arasında sirkuit U23 – 30-31 mart (Bolqarıstan, Plovdiv);
🔹 Şahmat üzrə qadınlar arasında Avropa çempionatı – 30 mart - 12 aprel (Yunanıstan, Rodos);
🔹 Paradağ xizəyi üzrə beynəlxalq turnir – 1-6 aprel (Fransa, Auron);
🔹 Qılıncoynatma (sablya və şpaqa) üzrə dünya birinciliyi – 1-10 aprel (Çin, Vuksi);
🔹 Güllə və stend atıcılığı üzrə ISSF Dünya Kuboku – 1-11 aprel (Argentina, Buenos Aires);
🔹 Kompakt sportinq və sportinq üzrə Macarıstan Qran-Pri yarışı – 2-6 aprel (Macarıstan, Felgyo);
🔹 Dresaj üzrə “MAXIMA MASTERS” Avrasiya ulduzları, final – 3-6 aprel (Moskva);
🔹 Batut gimnastikası üzrə beynəlxalq turnir – 3-7 aprel (İtaliya, Riccione);
🔹 Futbol üzrə millətlər liqası, Litva - Azərbaycan (qadınlar) – 4 aprel (Litva);
🔹 Bədii gimnastika üzrə Dünya Kuboku – 4-6 aprel (Bolqarıstan, Sofiya);
🔹 Gimnaziada İdman Oyunları – 4-14 aprel (Serbiya, Zlatibor);
🔹 Cüdo üzrə kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında “Pan Amerika kuboku” – 5 aprel (Panama);
🔹 Cüdo üzrə gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 5-6 aprel (Polşa, Poznan);
🔹 Cüdo üzrə yeniyetmə oğlanlar və qızlar arasında Avropa Kuboku – 5-6 aprel (Çexiya,Teplis);
🔹 Cüdo üzrə kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 5-6 aprel (Xorvatiya, Dubrovnik);
🔹 Batut gimnastikası üzrə Dünya Kuboku – 5-6 aprel (İtaliya, Riccione);
🔹Deflimpiya, eşitmə qabiliyyəti olmayanlar arasında şahmat üzrə Avropa çempionatı – 5-13 aprel (Xorvatiya, Trogir);
🔹 Ağırlıqqaldırma üzrə Özbəkistan açıq çempionatı – 6-11 aprel (Özbəkistan).
İdman.biz