Aprelin 4-dən 14-dək Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışda 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
Oyunların açılışı aprelin 5-də, bağlanış mərasimi isə aprelin 12-də Zlatibor şəhərində keçiriləcək.
İdman.biz