Bu gün Zlatiborda ISF U15 Gimnaziada İdman Oyunlarına start veriləcək.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi 5 idman növündə təmsil olunacaq.
Yığmamızın heyətində sərbəst güləşçilər 10 çəki dərəcəsində mübarizə aparacaqlar və günün sonunda mükafatçıların adına aydınlıq gələcək.
İdman gimnastikası, şahmat, qılıncoynatma və badminton növlərində də təmsilçilərimiz mübarizəyə qoşulacaqlar. Hava şəraiti ilə bağlı tennis yarışları isə təxirə salınıb.
Gimnaziada İdman Oyunları
6 aprel
İdman gimnastikası
Təsnifat mərhələsi
Oğlanlar (Məhəmməd Rüstəmzadə)
08:30-09:15. halqalar
09:15-10:00. dayaqlı tullanma
10:00-10:45. paralel qollar
10:45-11:30. turnik
11:30-12:00. sərbəst hərəkətlər
12:00-12:30. dəstəli at
Qızlar (Xədicə Abbaszadə, Albina Aliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə)
14:00-14:45. müxtəlif hündürlüklü qollar
14:45-15:30. gimnastika tipi
15:30 -16:15. sərbəst hərəkətlər
16:15-17:00. dayaqlı tullanma
Sərbəst güləş
12:00. İlkin mərhələ görüşləri
16:00. Medal görüşləri
Elman İsmayılov (38 kq)
Hüseyn Rzazadə (41 kq)
İbrahim Həsənov (44 kq)
Tamerlan Namazlı (48 kq)
Fərid Hüseynli (52 kq)
Elcan Həsənov (57 kq)
Məhəmməd Həsənli (62 kq)
Xəyal Şükürlü (68 kq)
Elvin Necəfzadə (75 kq)
Tural Eynullayev (85 kq)
Şahmat
17:00. Rapid yarışları
Paşam Əlizadə
Məryəm Ağaverdiyeva
Tennis
Komanda yarışı
Oğlanlar
09:00. Azərbaycan - İngiltərə
Qızlar
10:30. Azərbaycan - Benin
Qılıncoynatma
10:30. Oğlanlar (sablya)
Nəcəf Şabanlı
Gəray Məmmədli
Abdulmalik Nəsibzadə
Badminton
Qarışıq komanda (Fərəc Kərimli, Yusif Miralamov, Leyla Camalzadə, Nəzrin Mehralizadə)
12:30. Azərbaycan - Bolqarıstan
14:30. Azərbaycan - Makau Çin
16:30. Azərbaycan - Çin
Qeyd edək ki, Azərbaycan Gimnaziadada 18 idman növündə təmsil olunur.
İdman.biz