Gimnaziada: 2-ci günün TƏQVİMİ

Xəbərlər
7 Aprel 2025 11:40
109
Gimnaziada: 2-ci günün TƏQVİMİ

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunları davam edir.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisi 10 idman növündə təmsil olunacaq.

Yığmamızın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Badminton, parabadminton, stolüstü tennis, üzgüçülük, paraüzgüçülük, basketbolun 3x3 növü, idman gimnastikası, şahmat və qılıncoynatmada da təmsilçilərimiz çıxış edəcəklər. Hava şəraiti ilə bağlı tennis, kamandan oxatma və çimərlik voleybolu yarışları isə təxirə salınıb.

Gimnaziada İdman Oyunları
7 aprel

Qılıncoynatma (Novi Varoş, Sport Hall)
Şpaqa, qızlar, fərdi

10:00-11:30. Pulka (təsadüfi seçmə)
13:00-13:20. 1/8 final
13:30-14:00. 1/4 final
14:40-15:20. Yarımfinal
15:40-16:00. Final
Aydan Atakişiyeva
Mirnuray Abasova
Esnat Mirzəyeva

Güləş (Luçani, Sport Hall)
09:00-19:00. Yunan-Roma güləşi
38 kq. Təsnifat mərhələsi
Hüseyn Əmrahlı – Ruslan Holubiyev (Ukrayna)
41 kq. 1/4 final
Əli Cavadlı – Vladislav Dimçişin (Ukrayna)
44 kq. 1/4 final
Amin Məmmədov – Tamas Pek (Serbiya)
48 kq. Təsnifat mərhələsi
Abdurahman Hüseynli – Timur Məhərrəmov (Ukrayna)
52 kq. 1/8 final
Qurban Məcnunov – Hüseyn Mustafazadə
57 kq. 1/4 final
Eldəniz Allahverdiyev – Qabriyel Lunqu (Rumıniya)
68 kq. I dövrə
Əli Məmmədov, David Habi, Petar Qabriç (hər ikisi Serbiya)
75 kq. Təsnifat mərhələsi
İsfahan Həsənov – Layon Tomas Alankar (Braziliya)
85 kq. Təsnifat mərhələsi
Zöhrab Səfərov – Ovidiu Vladimir Pop (Rumıniya)

Şahmat (Zlatibor, Queen Hotel)
15:00-18:00. Rapid
Məryəm Ağaverdiyeva
Paşam Əlizadə

Badminton (Ujise, Krçaqovo Hotel)
10:30. Qarışıq komandalar. Azərbaycan – Uqanda
Fərəc Kərimli
Yusif Miralamov
Leyla Camalzadə
Nəzrin Mehralizadə
Hüseyn Həsənli
Malik Fərəcov
Aysel Kazımova
Gülarə Mirzəyeva

İdman gimnastikası (Novi Sad, Primary School)
Oğlanlar, təsnifat mərhələsi

09:00-09:30. Sərbəst hərəkətlər
09:30-10:00. Dəstəli at
10:00-10:30. Halqalar
13:00-13:30. Dayaqlı tullanma
13:30-14:00. Paralel qollar
14:00-14:30. Turnik
Məhəmməd Rüstəmzadə

Qızlar, təsnifat mərhələsi
09:00-09:30. Dayaqlı tullanma
09:30-10:00. Müxtəlif hündürlüklü qollar
13:00-13:30. Gimnastika tiri
13:30-14:30. Sərbəst hərəkətlər
Xədicə Abbaszadə
Albina Aliyeva
Leyla Məmmədzadə
Aynaz Məcidzadə

Paraüzgüçülük (Ujise, City Pool)
16:30. Sərbəst üsul, 200 m
Murad Məmmədov
Səlim Məmmədov
Kənan Sadiqzadə
18:00. Brass, 50 m
Rəsul Süleymanov

Üzgüçülük (Ujise, City Pool)
Təsnifat mərhələsi
Oğlanlar

Sərbəst üsul, 200 m
10:39. Ramal Sadıqlı
10:42 Fərhad Şirməmmədli
Brass, 50 m
12:11. Fərhad Şirməmmədli
Kompleks üsul, 400 m
11:36. Amin Oruclu
Qızlar
Sərbəst üsul, 200 m
10:57. Məryəm Cavadova
Arxa üstə, 100 m
11:17. Mehri Əbdürəhmanlı
11:23. Vlastilina Xasyanova
Kompleks üsul, 400 m
11:45. Vlastilina Xasyanova

3x3 basketbol (Zlatibor)
10:00-16:40. Oğlanlar
11:00. Azərbaycan – Serbiya-2
12:00. Azərbaycan – Meksika
Timur Hacızadə
Rövşən Məmmədyarov
Yunis Gəncəliyev
Faiq Kərimov
Qızlar
12:20. Azərbaycan – Rumıniya
14:40. Azərbaycan – Serbiya-2
Aylin Əkbərzadə
Aylin Niftəliyeva
Günel Məmmədli
Nəzrin Abbasova

Parabadminton (Zlatibor)
09:30. Fərdi yarışlar

SL4/SU5: Nigar Mehdiyeva, Ayan Əliyeva
SL3/SU5: Əli Məhərrəmov
SH6: Zəhra Salmanlı, İlkin Bağırzadə

Stolüstü tennis (Zlatibor, Primary School)
09:30. Qrup mərhələsi

Oğlanlar, komanda yarışları
Azərbaycan – Hindistan
Azərbaycan – Braziliya
Onur Quluzadə
Tunar Bağırov
Uğur Nəzərli
Şakir Qədirov
Qızlar, komanda yarışları
Azərbaycan – Çin
Azərbaycan – Serbiya
Yağmur Məmmədli
Banu Baytallı
Xədicə Eylazova
Mələk Əhmədzadə

Qeyd edək ki, Azərbaycan Gimnaziadada 18 idman növündə təmsil olunur.

İdman.biz