Dubayda iki medal - FOTO

Xəbərlər
7 Aprel 2025 13:34
61
Dubayda iki medal - FOTO

Azərbaycan Cu-citsuçuları növbəti uğura imza atıb.

İdman.biz xəbər verir ki, onlar Ajp Pro təşkilatının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Cu-citsu üzrə beynəlxalq turnirdə fərqləniblər.

İdmançılarımız iki medal qazanıb. Sənan Zeynalov qızıl, Ayaz Suleymanov isə gümüş mükafata layiq görülüb.

Qeyd edək ki, yarış üç gün davam edib.

İdman.biz