Azərbaycan millisi Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında 24-cü medalını qazanıb.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, komandamızın altivinə növbəti mükafatı paraüzgüçümüz Murad Məmmədov əlavə edib.
O, 200 m məsafəyə sərbəst üsulla üzmədə finişə 2,28.00 dəqiqəyə çataraq, gümüş medal qazanıb.
Qeyd edək ki, yığmamız daha öncə 8 qızıl, 5 gümüş və 10 bürünc medala yiyələnib.
İdman.biz