Aprelin 8-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti Losif Stavrakakis ilə görüşüb.
İdman.biz xəbər verir ki, görüş zamanı ölkəmizdə deflimpiyanın inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və digər şəxslər iştirak ediblər.
İdman.biz