Zəfərimizin 5 illiyinə həsr olunan "Şahin" hərbi-idman oyununun rayon birinciliklərinə start verilib.
İdman.biz xəbər verir ki, oyunun məqsədi ümumtəhsil müəssisələrinin X və XI siniflərində təhsil alan şagirdlərin milli və vətənpərvər ruhda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, şanlı Zəfər tarixini təbliğ etməkdir.
"Şahin" hərbi-idman oyunu 1996-cı ildən başlayaraq Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən həyata keçirilən ilk kütləvi hərbi-idman oyunudur.
Mart və aprel aylarını əhatə etməklə ölkənin bütün şəhər və rayonlarında keçirilən rayon birinciliklərində 20 mindən çox məktəbli mübarizə aparır.
İdman.biz