Gimnaziada: Son günün TƏQVİMİ

Xəbərlər
12 Aprel 2025 09:38
45
Gimnaziada: Son günün TƏQVİMİ

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarına bu gün yekun vurulacaq.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, sonuncu - yeddinci yarış günündə Azərbaycan millisi 5 idman növündə təmsil olunacaq.

Cüdo, boks, kamandan oxatma və stolüstü tennis üzrə komandalarımız yığmamızın aktivindəki medalları artırmağa çalışacaqlar. Çimərlik voleybolçularımız isə mövqeyini yaxşılaşdırmağa çalışacaq.

Qeyd edək ki, saat 21:00-da Oyunların bağlanış mərasimi təşkil olunacaq.

12 aprel

Çimərlik voleybolu (Zlatibor, TRK Hall)
Oğlanlar
9-16-cı yerlər uğrunda
12:00. Azərbaycan – İraq
İsmayıl Ələkbərli, Valeh Hüseynov, Kənan Babazadə

Kamandan oxatma (Zlatibor, TRK Football field)
Komanda yarışları
Bürünc medal uğrunda
Qızlar
12:25. Azərbaycan – Türkiyə
Leyla Əfəndiyeva, Nilufər Ağaməmmədli, Sona Rüstəmli

12:30. Boks (Zlatibor, TRK Hall)
Final
Oğlanlar
40 kq
Babək Abdullayev (Azərbaycan) – Çaşu (Rumıniya)

50 kq
İsmayıl Aslanlı (Azərbaycan) – Novruzi (İran)

57 kq
Sabir Rüstəmov (Azərbaycan) – Ratskyu (Ukrayna)

Qızlar
38 kq
Nəsrin Abdullazadə (Azərbaycan) – Vasilçenko (UKR)

40 kq
Tunca Mürşüdova (Azərbaycan) – Kalişyuk (Ukrayna)

54 kq
Kəmalə Həsənova (Azərbaycan) – Luo (Çin)

70 kq
Xumar Cəfərli (Azərbaycan) – Bazilyuk (Ukrayna)

Stolüstü tennis (Zlatibor, Primary School Dimitrije Tucovic)
Fərdi
1/16 final
Oğlanlar
11:30. Onur Quluzadə (Azərbaycan) – Carranza Mateo (Argentina)
12:15. Uğur Nəzərli (Azərbaycan) – Leonq Kai Hei (Makao)

12:00. Cüdo (Luçani, Sport Hall)
Oğlanlar
1/4 final
38 kq
Fuad Rəhimli (Azərbaycan) – Felip Texeyra Franka (Braziliya)

42 kq
Fərid Rzazadə (Azərbaycan) – Artem Savka (Ukrayna)/Le Mai (Çin Taypeyi)

46 kq
Aqil Nağıyev (Azərbaycan) – Pedro de Souza Guadalupe (Braziliya)/Lukas Aleksandr Çighvaria (Rumıniya)

Qızlar
1/4 final
57 kq
Məleykə Əsədova (Azərbaycan) – Marina de roça Sales (Braziliya)/Altjin Tsolmonbayar (Monqolustan)

63 kq
Türkan Məmmədli (Azərbaycan) – Maria Aleksenko (Ukrayna)/Enxtul Otgonbayar (Monqolustan)

70 kq
Rahimə İsmiəliyeva (Azərbaycan) – Anudari Davacargal (Monqolustan)

+70 kq
Xədicə Quluzadə (Azərbaycan) – Erdenesuren Amarsaykxan (Monqolustan)/Nomin-erdene Dorjbal (Braziliya)

İdman.biz

Məqalədə: