Binəqədi rayonunda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti səyyar “Sağlam həyat” layihəsi təşkil olunub.
İdmab.biz xəbər verir ki, tədbir Biləcəri istirahət parkında keçirilib.
İştirakçılar sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması və idmanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi məqsədilə müxtəlif idman növlərində qüvvələrini sınayıblar.
İdmab.biz