“Sağlam həyat”ın növbəti layihəsi Keşlədə - FOTO

Xəbərlər
12 Aprel 2025 17:54
29
“Sağlam həyat”ın növbəti layihəsi Keşlədə - FOTO

Bakının Nizami rayonu, Keşlə parkında Gənclər və İdman Nazirliyi tərəfindən “Sağlam həyat” layihəsi keçirilib.

İdman.biz xəbər verir ki, növbəti tədbirdə ümumilikdə 103 nəfər iştirak edib.

İştirakçılar müxtəlif idman hərəkətlərini yerinə yetirib, sağlam həyat tərzinin təşviqi ilə bağlı fəaliyyətlərə qoşulublar.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

İdman.biz

Məqalədə: