Gimnaziadanın bağlanış mərasimi keçirilib: Azərbaycan yarışı 85 medalla başa vurub - FOTO

Xəbərlər
13 Aprel 2025 10:07
90
Gimnaziadanın bağlanış mərasimi keçirilib: Azərbaycan yarışı 85 medalla başa vurub - FOTO

Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarının rəsmi bağlanış mərasimi baş tutub.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, on gün davam edən yarışlarda 50‑dən çox ölkədən 4 000‑dən artıq idmançı müxtəlif idman növləri üzrə qüvvəsini sınayıb.

Tədbirdə rəsmi çıxışlardan sonra davam edən bədii proqram çərçivəsində idmançılar səhnədə müxtəlif rəqslərlə bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edəki, Azərbaycan idmançıları idman gimnastikası, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika idman növləri üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub. Ölkəmiz yarışlarda 35-i qızıl, 12-si gümüş, 28-i bürünc olmaqla ümumilikdə 85 medal qazanıb.

İdman.biz