Gimnaziadada 85 medal qazanan Azərbaycan idmançıları Vətənə qayıdıblar - FOTO

Xəbərlər
13 Aprel 2025 20:40
64
Gimnaziadada 85 medal qazanan Azərbaycan idmançıları Vətənə qayıdıblar - FOTO

Serbiyanın Zlatibor şəhərində keçirilmiş Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə qayıdıblar.

İdman.biz xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Azərbaycan idmançıları idman gimnastikası, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika idman növləri üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub. Komandamız yarışlarda 35-i qızıl, 12-si gümüş, 28-i bürünc olmaqla ümumilikdə 85 medal qazanıb.

İdman.biz