Fərid Qayıbov Xankəndi stadionunun yenidənqurma işləri ilə maraqlanıb - FOTO

Xəbərlər
13 Aprel 2025 16:20
53
Fərid Qayıbov Xankəndi stadionunun yenidənqurma işləri ilə maraqlanıb - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhərinə səfəri çərçivəsində Xankəndi şəhər stadionunun yenidənqurma işləri ilə maraqlanıb.

İdman.biz xəbər verir ki, burada stadionun meydança və tribunalarının tikinti işləri barədə məlumat alan Fərid Qayıbov təmir‑bərpa işlərinin vaxtında və keyfiyyətlə tamamlanması barədə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.

İdman.biz