Fərid Qayıbov Gimnaziadada uğurla çıxış etmiş idmançılarla görüşüb - FOTO

Xəbərlər
15 Aprel 2025 21:26
73
Fərid Qayıbov Gimnaziadada uğurla çıxış etmiş idmançılarla görüşüb - FOTO

Aprelin 15-də gənclər və idman naziri Fərid Qayıbov Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında uğurla çıxış etmiş idmançılarla görüşüb.

İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan görüşdə idmançılarla yanaşı, məşqçilər də iştirak edib.

Tədbirin əvvəlində idmançıların Oyunlarda çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.Daha sonra Fərid Qayıbov çıxış edərək idmançıları təbrik edib, onların qazandığı medalların ölkəmiz üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.

Görüş zamanı idmançı və məşqçilər yarış təəssüratlarını bölüşüb, göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Sonda nazir idmançılara gələcək karyeralarında uğurlar arzulayıb, onların beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

İdman.biz