Serbiyada keçirilmiş Gimnaziada İdman Oyunları Azərbaycan idmançıları üçün yeni rekordlarla tarixə düşüb.
İdman.biz xəbər verir ki, 15 yaşadək məktəblilərdən ibarət yığma indiyədək multi-idman yarışında ən yaxşı nəticəsinə Zlatibor şəhərində imza atıb.
Düzdür, bu yaş qrupu üzrə Oyunlara böyük heyətlə az qatılmışıq. Hətta 2023-cü ildə Braziliyada baş tutan Gimnaziadada təmsilçimçimiz belə olmayıb. Bu səbəbdən də ən yaxşı nəticəmiz ötən il U-18-lər arasında Bəhreyndə təşkil olunmuş Gimnaziada İdman Oyunlarına təsadüf etmişdi. Manamada idmançılarımız 23-ü qızıl, 26-sı gümüş və 28-i bürünc olmaqla 77 medal qazanmışdı. Bu göstərici komandamızı yarışda 7-ci etmişdi.
Hər gün medal və çempionluqda yüksəliş
Yaşa görə fərqlənsə də, Zlatibor-2025-də göstəricilərimiz kifayət qədər yaxşılaşıb. Burada ölkə sayında da ciddi artım olub. Əgər Rio-de-Janeyro-2023-ə 44 ölkənin komandası gəlmişdisə, Serbiyada bu rəqəm 56-ya yüksəlib. Azərbaycan idmançıları kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, idman gimnastikası, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika idman növləri üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunduğu yarışdan Vətənə 85 medalla qayıdıblar.
Komandamız ilk gündən liderlər qrupunda yer almağa başlayıb. İdmançılarımız 7 günlük yarışın startında 11 dəfə fəxri kürsüyə yüksəliblər. Ardınca medalların sayında artım müşahidə olunub. Aprelin 11-də isə atletlərimiz daha çox mükafata yiyələniblər. Hər gün müxtəlif əyarlı medal qazanan komandamız yalnız aprelin 10-da qızıl mükafat əldə edə bilməyib. Qazandığımız 85 medaldan 35-i qızıl, 22-si gümüş və 28-i bürünc olub. Bəhreyndəki Oyunlarla müqayisə etsək, çempionluq sayında nəzərəçarpacaq artım var. Bu dəfə komandamız 12 qızıl medal çox əldə edib. “Gümüş”ün sayında azalma (-2) olsa da, “bürünclər” dəyişməz qalıb. Bu da finallarda daha inamlı çıxışımızdan irəli gəlir.
Günlər üzrə medallar
Tarix |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
6 aprel |
2 |
3 |
6 |
11 |
7 aprel |
6 |
3 |
5 |
14 |
8 aprel |
3 |
5 |
7 |
15 |
9 aprel |
12 |
1 |
0 |
13 |
10 aprel |
0 |
0 |
2 |
2 |
11 aprel |
6 |
7 |
7 |
20 |
12 aprel |
6 |
3 |
1 |
10 |
Cəmi |
35 |
22 |
28 |
85 |
Qızıl sayında taekvondo, faizdə boks
İdman növlərinə gəlincə, ən çox medal güləşçilərimizin hesabındadır. 3 komandada 30 idmançıdan 25-i fəxri kürsüyə yüksəlib. Faiz etibarı ilə üstünlük boks yığmamızdadır. 22 boksçumuzdan 21-i çıxışını mükafatla başa vurub.
Ən çox qızıl medalı isə ölkəmizə taekvondoçular qazandırıb. Onlar döyüş və pumse növləri daxil olmaqla birlikdə 13 dəfə Azərbaycan bayrağını ən yüksəkdə dalğalandırıblar. Həmçinin cüdoçularımız, parabadmintonçularımız, qılıncoynadanlarımız da qızıl medala yiyələniblər. Zlatibordan paraüzgüçülərimiz, karateçilərimiz də medalla qayıtmağı bacarıblar.
İdman növü |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
Taekvondo (kyorugi) |
10 |
3 |
3 |
16 |
Sərbəst güləş |
2 |
3 |
5 |
10 |
Yunan-Roma güləşi |
3 |
2 |
4 |
9 |
Qadın güləşi |
1 |
3 |
2 |
6 |
Parabadminton |
3 |
1 |
2 |
6 |
Taekvondo (pumse) |
3 |
0 |
0 |
3 |
Qılıncoynatma (sablya) |
0 |
0 |
2 |
2 |
Paraüzgüçülük |
0 |
1 |
2 |
3 |
Qılıncoynatma (şpaqa) |
1 |
0 |
0 |
1 |
Boks |
9 |
8 |
4 |
21 |
Karate |
0 |
1 |
0 |
1 |
Cüdo |
3 |
0 |
4 |
7 |
Cəmi |
35 |
22 |
28 |
85 |
Zlatiborda fərqlənməyənlər və xüsusi mükafat alanlar
Təbii ki, bütün növlərdə medal əldə olunmayıb. Kamandan oxatma komandamız bürüncün bir addımlığında büdrəyib. 3-cü yer uğrunda görüşdə Türkiyəyə uduzub. Stolüstü tennisçilərimiz medal hesabını açmağa yaxın olsalar da, son anda çinlilər buna imkan verməyiblər. 3x3 basketbol yığmalarımızın 1/4 finala kimi irəlilədiyi yarışda çimərlik voleybolçularımızdan qızlar “10-luq”da, oğlanlar 11-ci pillədə yer alıblar. Şahmatçılarımız da “10-luq”da qərarlaşıblar. Üzgüçülük, idman gimnastikası və atletikada isə təmsilçilərimiz final mərhələsinə vəsiqə qazansalar da, mükafat əldə edə bilməyiblər. Badmintonçularımız və tennisçilərimiz də Zlatiborda fərqlənməyənlər sırasındadırlar.
Əvəzində paraüzgüçümüz Hüseyn Babayev S1 kateqoriyasında, parabadmintonçumuz Ayan Əliyeva “Ən ağır kateqoriya” nominasiyasında “Feyr-pley” fərqləniblər. Tennisçi Seyhun Qasımzadə isə “Ən gənc oğlan idmançı” nominasiyasında “Feyr-pley” mükafatına sahib olub.
Medal siyahısında 4-cü, müsəlman ölkələri arasında 1-ci
56 ölkənin qatıldığı Oyunlarda Azərbaycan mükafat sayı sayı ilə yanaşı, medal siyahısında da yeni rekord yaşanıb. Komandamız cədvəldə də 4-cü yerdə qərarlaşıb. Bunadək U-18-də 7-ci olan ölkəmizi yalnız Çin, Ukrayna və Braziliya qabaqlayıb. 85 medala sahib olan idmançılarımız İran, Türkiyə, İngiltərə, ABŞ kimi nəhəngləri geridə qoyub. Yığmamız müsəlman ölkələri arasında birinci, MDB ölkələri arasında ikinci yeri tutub.
Medal siyahısı (Top-10)
N |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
1 |
Çin |
61 |
21 |
16 |
98 |
2 |
Ukrayna |
43 |
43 |
61 |
147 |
3 |
Braziliya |
38 |
42 |
57 |
137 |
4 |
AZƏRBAYCAN |
33 |
23 |
28 |
85 |
5 |
Rumıniya |
32 |
41 |
48 |
121 |
6 |
İran |
29 |
32 |
25 |
86 |
7 |
Çin Taypeyi |
24 |
26 |
24 |
74 |
8 |
Türkiyə |
16 |
22 |
26 |
64 |
9 |
İngiltərə |
11 |
10 |
11 |
32 |
10 |
Serbiya |
10 |
11 |
28 |
49 |
Qeyd edək ki, təşkilatçılar medal sayında Azərbaycanla bağlı səhvə yol veriblər. Yanlışlığın aradan qaldırılması üçün Gənclər və İdman Nazirliyi qarşı tərəfə rəsmi müraciət edib.
Tahir Hümmətov
İdman.biz