III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib – SƏRƏNCAM

Xəbərlər
16 Aprel 2025 17:31
249
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib – SƏRƏNCAM

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Təşkilat Komitəsinin üzvləri sırasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrlərinin müavinləri, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini daxil edilib.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda Bərdə, Goranboy, İsmayıllı, Qazax, Şəmkir, Tərtər və Tovuz rayonlarının icra hakimiyyəti başçılarının müavinləri isə Təşkilat Komitəsindən çıxarılıb.

İdman.biz