İdman bürcü - Astroloji PROQNOZ: 21-27 aprel

Xəbərlər
20 Aprel 2025 19:00
209
İdman bürcü - Astroloji PROQNOZ: 21-27 aprel

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar gələcək karyeralarına təsir edəcək mühüm seçim qarşısında qalacaqlar. Tələsməmək, müsbət və mənfi cəhətləri diqqətlə analiz etmək daha yaxşıdır. Həftə ərzində yeni ideyalar gətirəcək gözlənilməz səfər fürsəti yaranacaq. Futbol, güləş, üzgüçülük, karate, boks və şahmat idman növlərində bol-bol uğurlar vəd edilir.

Buğa
Buğalar üçün maliyyə sərmayələri və əməliyyatlar üçün əlverişli məqam yaranacaq. Bununla bağlı intuisiyanız xüsusilə güclənəcək - ona inanın. Şəxsi həyatınızda yaxınlarınıza daha çox diqqət yetirmək tövsiyə olunur. Çalışın həftə sonunu onların əhatəsində olasınız. Şahmat, boks, futbol, cüdo, stolüstü tennislə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Əkizlər
Əkizlər üçün bu həftə sınaq dövrü olacaq. Hər hansı bir işə başlayarkən inamlı olun, müsbət nəticə əldə edəcəksiniz. Həyat tərzinizdə hər hansı dəyişiklik uğurla sonlanacaq. Həftənin ortasında verdiyiniz vədlərə diqqətli olun. Bacardığınız qədər çalışın ki, qarşı tərəfin ümidlərini doğruldasınız. Voleybol, güləş, həndbol, basketbol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Xərçəng
Xərçənglər həftənin əvvəlində güc və enerji artımı hiss edəcəklər. Aktiv idmanla məşğul olmaq və ya uzun müddət təxirə salınmış mühüm layihələrlə məşğul olmaq üçün əlverişlidir. Həmkarlarla ünsiyyət qurarkən təmkinlik olmaq və münaqişələrdən qaçmaq vacibdir. Hokkey, həndbol, voleybol, stolüstü tennis və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Şir
Şirlər bu həftə yaradıcı sahədə yüksəliş və nailiyyət gözləyə bilərlər. Əməyiniz yüksək qiymətləndiriləcək və bu, həftə ərzində əhvalınızı yüksəldəcək. Sevgi sferasında gözlənilməz romantik görüş mümkündür. Eşq macəranız ciddi münasibətə çevrilə bilər. Gimnastika, güləş, avarçəkmə və sambo növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Qız
Qızlar həftəyə daha optimis başlayacaqlar. Daha çox evlə bağlı işlərlə məşğul olacaqlar. Bu həftə təmir və ya tənzimləmələr sizə rahatlıq, məmnunluq hissi gətirəcək. Sağlamlığınızı qorumaq üçün həddən artıq işləməkdən çəkinin. Atçılıq, üzgüçülük, voleybol, otüstü hokkey və qaçış növlərində uğurlar gözləniləndir.

Tərəzi
Tərəzilər bu həftə işlə bağlı yeni və maraqlı təkliflərlə qarşılaşa bilərlər. Risk etməkdən qorxmayın - səylərinizin bəhrə verəcəyi vaxtdır. Dostlarla ünsiyyət zamanı xoş sürprizlər mümkündür. Həftəsonu istirahətinizə vaxt ayırın. Çövkən, güləş, atletika, avarçəkmə, atıcılıq və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Əqrəb
Əqrəblərə həftə boyu sağlamlıqlarına fikir vermələri tövsiyə olunur. Meditasiya, yoqa və ya təbiət qoynunda gəzintilər faydalı ola bilər. Həftəsonuna yaxın gözlənilməz maliyyə bonusu və ya mənfəət mümkündür. Tennis, basketbol, həndbol, cüdo, sambo və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Oxatan
Oxatanlar bu həftə sosial dairələrini genişləndirmək istəyini hiss edəcəklər. Həftə faydalı əlaqələr qura biləcəyiniz tədbirlərdə və görüşlərdə iştirak etmək üçün əladır. Şəxsi həyatınızda təşəbbüskar olmalı və ilk addımı atmaqdan çəkinməməlisiniz. Güləş, gimnastika, üzgüçülük futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Oğlaq
Oğlaqların həftə ərzində rahatlığına fikir vermələri və stresli vəziyyətlərdən qaçmaları vacibdir. Daha tez-tez istirahət etməyə və lazımsız öhdəliklər götürməməyə çalışın. Həftənin sonuna yaxın cari məsələlərə münasibətinizi dəyişdirə biləcək maraqlı xəbərlər gözlənilir. Boks, stolüstü tennis, gimnastika, karate, cüdo və güləşlə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Dolça
Dolçalar üçün bu həftə yeni üfüqlərin açılması vəd edilir. Səfərə çıxmaq və ya yeni, qeyri-adi bir şey öyrənməyə başlamaq imkanı olacaq. Təkliflərə açıq olun, onlar sizin həyatınızı xeyli zənginləşdirə bilər. Aavarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Balıqlar
Balıqlara bu həftə maliyyə məsələləri ilə bağlı diqqətli olmaq və tələsik qərarlardan qaçmaq tövsiyə olunur. Biznes və ya iş tərəfdaşları ilə münasibətlərdə əməkdaşlıq şərtləri aydın şəkildə ifadə edilməlidir. Şəxsi həyatınızda romantik anlar və qarşılıqlı anlaşma dövrü başlayacaq. Güləş, karate, basketbol, futzal və minifutbol idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

İdman.biz