"Sağlam həyat" layihəsi Pirallahıda - FOTO

Xəbərlər
21 Aprel 2025 17:46
91
"Sağlam həyat" layihəsi Pirallahıda - FOTO

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə səyyar "Sağlam həyat" layihəsi bu gün Pirallahı qəsəbəsində keçirilib.

İdman.biz xəbər verir ki, layihə çərçivəsində tədbir iştirakçıları müxtəlif fiziki tapşırıqları və idman normativlərini yerinə yetiriblər.

Maraqlı keçən proqram çərçivəsində iştirakçıların dözümlülük, çeviklik və fiziki hazırlıq səviyyələri qiymətləndirilib.

Qeyd edək ki, normativləri uğurla yerinə yetirən iştirakçılar sertifikatlarla təltif olunublar.

İdman.biz

Məqalədə: