III MDB Oyunlarının rəsmi saytı fəaliyyətə başlayıb

Xəbərlər
23 Aprel 2025 10:42
186
III MDB Oyunlarının rəsmi saytı fəaliyyətə başlayıb

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının rəsmi saytı təqdim olunub.

İdman.biz xəbər verir ki, bu barədə yarışa həsr olunan ilk mətbuat konfransında məlumat verilib.

www.cisgames2025.com saytında III MDB Oyunları ilə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı və başqa məsələlərlə bağlı son yenilikləri əldə etmək mümkün olacaq.

İdman.biz