Aygül Ağayeva: “Oyunlarda idmançıların qalacağı məkanlarla bağlı ciddi işlər görülür”

Xəbərlər
23 Aprel 2025 11:33
172
Aygül Ağayeva: “Oyunlarda idmançıların qalacağı məkanlarla bağlı ciddi işlər görülür”

"Müəyyən problemlər aşkar olunub və aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb".

İdman.biz xəbər verir ki, bunu yarışa həsr olunmuş ilk mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva deyib.

O bildirib ki, idmançıların qalacağı məkanlarla bağlı ciddi işlər görülür: “Bildiyiniz kimi, tədbirlə bağlı Təşkilat Komitəsi yaradılıb və bura müvafiq dövlət orqanları daxil edilib. Təşkilat Komitəsinin üzvləri ilə bərabər regionlardakı qonaqlama məkanlarına baxış keçirilib. Müəyyən çətinliklərimiz və çatışmazlıqlarımız mövcuddur. Bu problemlərin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Hazırda tikinti-təmir mərhələsindəyik. Gəncə və Xankəndi stadionlarında tikinti gedir. Digər regionlarda da çatışmazlıqlar aşkarlanıb və hazırda problemlərin həlli istiqamətində işlər aparılır".

Qeyd edək ki, Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5550-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulub. Medianın akkreditasiyana isə mayda başlanılacaq.

Aytac Sahəd
İdman.biz

Məqalədə: