MDB Oyunlarında siyasi münaqişəsi olan ölkələrin idmançıları ilə bağlı PLAN

Xəbərlər
23 Aprel 2025 12:14
188
MDB Oyunlarında siyasi münaqişəsi olan ölkələrin idmançıları ilə bağlı PLAN

"İdmançıların daşınması və qonaqlama xidmətləri zamanı müvafiq dövlət təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən tədbirlər görüləcək".

İdman.biz xəbər verir ki, bunu MDB Oyunlarına həsr olunan ilk mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva deyib.

O, Rusiya - Ukrayna müharibəsi ilə bağlı olaraq idmançılar arasında yaşana biləcək problemlərə toxunub: "İdman siyasətə qarışmır. Bizim də ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etdikdə siyasi mövzuları nəzərə almadan tədbirlər planını hazırlayır. Amma idmançılar arasında hansısa xoşagəlməz hadisə baş verərsə, təhlükəsizlik tədbirləri nəzərdə tutulub. İstər bir-biri ilə siyasi münaqişəsi olan, istərsə də digər dövlətlərdən olan idmançılar arasında hansısa münaqişənin baş verməməsi üçün təhlükəsizlik tədbirləri görüləcək".

Qeyd edək ki, yarışlar 23 idman növü üzrə 12 idman obyektində keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Məqalədə: