“İdman ölkəsi olaraq qarşımıza ən yüksək hədəfləri qoymuşuq”.
İdman.biz xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransında deyib.
O bildirib ki, növbəti yarışda da idmançılarımızdan gözləntilər böyükdür: “Səhv etmirəmsə, Azərbaycan millisi ikinci MDB Oyunlarından 60-dan çox medalla geri dönüb. Bu, kifayət qədər yaxşı göstəricidir. Düşünürəm ki, builki nəticələrimiz də kifayət qədər yüksək olacaq”.
Qeyd edək ki, 23 idman növü üzrə keçiriləcək Oyunlarda 5550-ə yaxın iştirakçı gözlənilir.
Aytac Sahəd
İdman.biz